Posted by: RAUFRAY on: Sentyabr 14, 2009
PRESS-RELİZ
“İRƏLİ” “İnformasiya Texnologiyaları Akademiyası” layihəsini İsmayıllı və Xızıda davam etdirir.
Hörmətli KİV nümayəndələri!
“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində yeni təlimlər gerçəkləşir. Bu dəfə isə təlimlər İsmayıllı və Xızıda keçirilir.
İsmayıllıda keçirilən təlimlərin açılış mərasimi 14 Sentybar 2009-cu il tarixində, saat 9:00-da İsmayıllı Rayon Təhsil Şöbəsinin konfrans zalında baş tutmuşdur. Mərasimdə İsmayıllı Rayonu İcra Hakimiyyətinin başçısının müavini Rövşət Ağayev, İsmayıllı Rayonu Gənclər və İdman idarəsinin rəisi Elçin Nəcəfli və “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin rəhbəri Rauf Mərdiyev iştirak etmişlər.
Xızıda keçirilən təlimlərin açılış mərasimi isə 14 Sentyabr 2009-cu il tarixində, saat 10:00-da Xızı Rayonu Mədəniyyət və Turizm Şöbəsinin akt zalında baş tutmuşdur. Mərasimdə Xızı Rayonu İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Valeh Məmmədov, Xızı Rayonu Gənclər və İdman idarəsinin rəisi Mahir Məhərrəmov və “İRƏLİ”nin nümayəndəsi İmam Quliyev iştirak etmişlər .
Qeyd edək ki, layihənin partnyorları “İRƏLİ” İctimai Birliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “HP” şirkəti , “Microsoft” şirkəti, “Bestcomp” şirkəti, “Yumroo” portalı, «1News» İnformasiya Agentliyi, «Day.az» İnformasiya Agentliyidir.
Posted by: RAUFRAY on: Sentyabr 8, 2009
“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində yeni təlimlər gerçəkləşir. Bu dəfə isə təlimlər Şamaxı və Xaçmazda keçirilir.
Xaçmazda keçirilən təlimlərin açılış mərasimi 7 Sentyabr 2009-cu il tarixində, saat 11:00-da Xaçmaz Rayonu Zərifə Əliyeva adına 8 saylı orta məktəbin akt zalında baş tutub.
Mərasimdə Xaçmaz Rayonu İcra Hakimiyyətinin şöbə müdiri Yaqut Məsimova, Xaçmaz Rayonu Gənclər və İdman idarəsinin rəisi Qalib Səfərəliyev və “İRƏLİ” İctimai Birliyinin idarə heyətinin üzvü Hikmət Hüseynov iştirak ediblər.
Şamaxıda keçirilən təlimlərin açılış mərasimi isə 7 Avqust 2009-cu il tarixində, saat 11:00-da Şamaxı Rayonu İcra Hakimiyyətinin akt zalında baş tutub. Mərasimdə Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısının müavini Əşrəf Şükürov, Şamaxı Rayonu Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov və “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin rəhbəri Rauf Mərdiyev iştirak ediblər.
Posted by: RAUFRAY on: Avqust 31, 2009
“İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçirilən “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi yeni regionları əhatə edir. Belə ki, layihə avqust ayı ərzində Göygöl, Qəbələ, Oğuz, Samux rayonlarını əhatə etmişdir. Göygöl rayonu üzrə təlimlərdə iştirak etmiş 116 nəfərdən 104 nəfəri, Qəbələdə 136 nəfərdən 66 nəfəri, Oğuzda 140 nəfərdən 79 nəfəri, Samuxda 142 nəfərdən 129 nəfəri sertifikat almışdır.
Layihə hal-hazırda Quba və Qusarda keçirilir. Layihənin açılış mərasimləri 31 Avqust 2009-cu il tarixində keçirilmişdir. Qubada keçirilən təlimlərin açılış mərasimi Quba şəhəri Mədəniyyət Evində keçirilmişdir. Mərasimdə “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin rəhbəri Rauf Mərdiyev, Quba Rayonu İcra Hakimiyyəti Başçısının müavini Xanımsona Əkbərova, Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalıyev iştirak etmişdir.
Qusarda keçirilən təlimlərin açılış mərasimi Qusar rayonu 6 saylı orta məktəbin akt zalında baş tutmuşdur. Mərasimdə “İRƏLİ” İctimai Birliyinin İdarə Heyətinin üzvü Hikmət Hüseynov, Qusar Rayonu İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Ceyhun Hacıyev, Qusar Rayonu Gənclər və İdman İdarəsinin rəisi Emil Əmirmətov iştirak etmişdir.
1 İyun 2009-cu il tarixindən etibarən ümumilikdə “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi 19 rayonu əhatə etmiş, layihədə 2600 nəfər iştirak etmişdir.
Qeyd edək ki, layihənin partnyorları “İRƏLİ” İctimai Birliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “HP” şirkəti , “Microsoft” şirkəti, “Bestcomp” şirkəti, “Yumroo” portalı, «1News» İnformasiya Agentliyi, «Day.az» İnformasiya Agentliyidir.
Posted by: RAUFRAY on: Avqust 28, 2009
ITA sentyabr heyətinə cəlb edilmiş şəxslərin nəzərinə.
Sentyabr ayının 29-u saat 17:00-da İRƏLİ ofisində qarşıdan gələn təlimlərlə bağlı yekun iclas keçiriləcək. Təlimçi və könüllülərin iştirakı mütləqdir. İclasda müzakirə olunacaq məsələlər:
Posted by: RAUFRAY on: Avqust 28, 2009
İnformasiya Texnologiyaları Akademiyasının sentyabr ayında baş tutacağı təlimlərində iştirak edəcək heyət:
Posted by: RAUFRAY on: Avqust 28, 2009
28 avqust. Bu gün layihənin keçiriləcəyi növbəti rayonlarda – Quba və Qusarda hazırlıq işləri ilə tanış oldum. İlk önca Qusarda gördüyüm inkişaf və insanların yüksək mədəni səviyyəsi məni heyran etdi. Bu müsbətlər layihəmizlə bağlı işlərdə də öz əksini tapmışdır. Hər 2 rayonda hazırlıqlar tam sürət və ən yüksək səviyyədə tamamlanmaq üzərədir. Bizləri möhtəşəm Quba və Qusar səfərləri gözləyir.
Görüşənədək !
Posted by: RAUFRAY on: Avqust 28, 2009
İmtahanın nəticələri (max 15 bal) və layihədə fəaliyyətini davam etdirəcək 4 nəfər:
Q.İmam 12 bal
İ. Anar 12 bal
M.Eldar 11,5 bal
A.Vasif 11 bal
İmtahan nəticələrimə görə İT Akademiyası sıralarını tərk edən müəllimlər:
S.Fariz 7 bal
M.Elnur 7 bal
A.Sübhiyyə 2,5 bal
Uğurlar!!!!
Rauf Mardiyev.
Posted by: RAUFRAY on: Avqust 12, 2009

IT Academy Qəbələ
Posted by: RAUFRAY on: Avqust 8, 2009

IT Academy Gədəbəy
Posted by: RAUFRAY on: Avqust 7, 2009

IT Academy Daşkəsən