Posted by: RAUFRAY on: Sentyabr 14, 2009
PRESS-RELİZ
“İRƏLİ” “İnformasiya Texnologiyaları Akademiyası” layihəsini İsmayıllı və Xızıda davam etdirir.
Hörmətli KİV nümayəndələri!
“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində yeni təlimlər gerçəkləşir. Bu dəfə isə təlimlər İsmayıllı və Xızıda keçirilir.
İsmayıllıda keçirilən təlimlərin açılış mərasimi 14 Sentybar 2009-cu il tarixində, saat 9:00-da İsmayıllı Rayon Təhsil Şöbəsinin konfrans zalında baş tutmuşdur. Mərasimdə İsmayıllı Rayonu İcra Hakimiyyətinin başçısının müavini Rövşət Ağayev, İsmayıllı Rayonu Gənclər və İdman idarəsinin rəisi Elçin Nəcəfli və “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin rəhbəri Rauf Mərdiyev iştirak etmişlər.
Xızıda keçirilən təlimlərin açılış mərasimi isə 14 Sentyabr 2009-cu il tarixində, saat 10:00-da Xızı Rayonu Mədəniyyət və Turizm Şöbəsinin akt zalında baş tutmuşdur. Mərasimdə Xızı Rayonu İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Valeh Məmmədov, Xızı Rayonu Gənclər və İdman idarəsinin rəisi Mahir Məhərrəmov və “İRƏLİ”nin nümayəndəsi İmam Quliyev iştirak etmişlər .
Qeyd edək ki, layihənin partnyorları “İRƏLİ” İctimai Birliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “HP” şirkəti , “Microsoft” şirkəti, “Bestcomp” şirkəti, “Yumroo” portalı, «1News» İnformasiya Agentliyi, «Day.az» İnformasiya Agentliyidir.